Cari ilin yanvar-aprel ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 409 min ton az olub.
Məlumata görə, respublika üzrə neft hasilatının 7 milyon tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun, 1,5 milyon tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının payına düşüb.
“SOCAR üzrə neft hasilatı 2,6 milyon ton təşkil edib”, - məlumatda qeyd olunur.
Hesabat dövründə 9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 8,5 milyon tona yaxını konsorsiumun, 448 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2021-ci ilin müvafiq dövrünə nisbətən 501 min ton, yəni 5,3% azdır.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib