“Azəri-Çıraq-Günəşli” neft-qaz yatağları bloku və “Şahdəniz” qaz-kondensat yatağı yataqları istismara veriləndən 01 may 2022-ci il tarixinədək 589 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, “Azəri- Çıraq-Günəşli”dən 553 milyon ton neft, “Şahdəniz”dən isə 36 milyon ton kondensat çıxarılıb.
Məlumata görə, AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 may tarixinədək 589 milyon ton neft ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 01 may tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 195 milyard kubmetrə yaxın, “Şahdəniz”dən isə 166 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 114 milyard kubmetrdən çox həcmi ixraca nəql edilib.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib