12 may 2022 14:10
799

Dünyada neftin kommersiya ehtiyyatlarının azalması davam edir

Dünyada neftin kommersiya ehtiyyatları bu ilin mart ayında fevral ilə müqayisədə 45 mln. barel azalıb.

"İki sahil"in Beynəlxalq Enerji Agentliyinin (İEA) aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ilin iyun ayından dünyada neftin kommersiya ehtiyyatları 1,2 mlrd. barel azalıb.

Hesabata əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin kommersiya ehtiyatları martda fevral ayı ilə müqayisədə 3 mln. barel artaraq 2 626 mln. barelədək yüksəlib, lakin, bu, beşillik orta göstəricidən 299 barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.