Tümen vilayəti qubernatorunun müavini Andrey Panteleyevlə Azərbaycanın baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə bu gün Tümen vilayəti hökumətinin informasiya mərkəzi məlumat yayıb.
Görüşdə tərəflər neft-qaz sahəsində əməkdaşlıq və Tobolsk Sibur bazasında regionda yaradılan Neft-Kimya Klasterində biznesin inkişafı məsələlərini müzakirə ediblər.
"2021-ci ildə Tümen vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi 3,3 dəfə artaraq 2,436 mln. ABŞ dolları təşkil edib ki, bunun da ixracı – 2,4 mln. dollar, idxalı - 36 min dollar təşkil edib", - məlumatda deyilir.
Hazırda ticarət-iqtisadi, elmi-texniki və sosial-mədəni sahələrdə əməkdaşlığa dair saziş layihəsinin hazırlanması tamamlanmaq üzrədir.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib