"Renault" avtomobil şirkətinin Moskvadakı zavodu şəhərin balansına keçib, burada "Moskviç" brendi ilə minik avtomobillərinin istehsalı başlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz bloqunda yazıb.
O bildirib ki, Fransa şirkəti Rusiyadakı zavodunu bağlamaq qərarı verib. Moskva meri qeyd edib ki, zavodun hazırkı əməkdaşları öz işlərini davam etdirəcək.
Onun sözlərinə görə, ilkin mərhələdə "Moskviç" avtomobilləri ənənəvi mühərriklərlə istehsal olunacaq, gələcəkdə həmin zavodda elektromobillərin də istehsalı nəzərdə tutulur.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib