17 may 2022 13:04
642

İnvestorlar üçün cəlbedici ilk 3 istiqamət müəyyənləşib

Azərbaycanda investorlar üçün cəlbedici olan ilk 3 istiqamət müəyyənləşib. Bunlara mülki tikinti, alternativ enerji və yaşıl layihələr, həmçinin nəqliyyat infrastrukturu sahələri daxildir.

“İki sahil” xəbər verir ki,  bu barədə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə hazırlanmış “Azərbaycanda Biznes Mühiti-2021” hesabatında bildirilir.

Bundan əlavə, hesabatda qeyd edilir ki, ən nikbin sektorlara İKT, tikinti və mühəndislik, nəqliyyat, dövlət dəstəyini ən çox hiss edən sektorlara isə turizm və hotelçilik, dağ-mədən, neft və qaz sektorları daxildir.