Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında bankların dollara tələbi azalıb.
AMB-dən "İki sahil"ə daxil olan məlumata görə, hərracda tələb 38,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu isə ötən hərracla müqayisədə 15,3% azdır. Belə ki, mayın 12-də keçirilən hərracda banklara 45,5 milyon dollar məbləğində xarici valyuta satılmışdı.
Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib