17 may 2022 18:45
502

Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində səfərdədir FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan Əbu-Dabiyə keçmiş prezident Şeyx Xəlifə Bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar səfər edib.

Başsağlığı ziyarəti çərçivəsində türkiyəli lider Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti və Əbu-Dabi Əmiri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

Səfərdə Ərdoğanı milli müdafiə naziri Hulusi Akar müşayiət edir.