18 may 2022 13:14
530

Sumqayıtda 18 yaşlı oğlan itkin düşüb - FOTO

Sumqayıtda 18 yaşlı oğlan itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə  itkin düşən şəxsin ailə üzvləri məlumat verib.

Bildirilib ki, 2004-cü il təvəllüdlü Tural Əliyev mayın 10-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsindən APA-ya bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır, Tural Əliyevin axtarışları davam edir.