18 may 2022 15:57
1219

İsrail şirkətləri ölkədə həyata keçirilən layihələrdə daha fəal iştirak etməyə dəvət olunub

"İsrailin işgüzar dairələrinin nümayəndələri Azərbaycanda həyata keçirilən layihələrdə daha fəal iştirak etməyə dəvət olunub".

“İki sahil” xəbər verir ki, bunu Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda çıxışı zamanı bildirib.

O, Azərbaycan iqtisadiyyatının fəal inkişaf etdiyini vurğulayıb.

“Azərbaycanın biznes bazarı çox faydalıdır. Ölkəmizdə çoxsaylı xarici şirkətlər təmsil olunur”, - Əkbər Abbasov deyib.

Direktor müavininin sözlərinə görə, hazırda əsas diqqət işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına, o cümlədən, həmin bölgənin “yaşıl enerji”, inkişaf etmiş kənd təsərrüfatı və ağıllı şəhərlər zonasına çevrilməsinə yönəlib. 

O, postpandemiya dövrünün biznes üçün yeni imkanlar yaratdığını da nəzərə çatdırıb.