18 may 2022 20:47
866

Təbliğat qrupunun üzvləri ilə görüş FOTO

YAP Tərtər rayon təşkilatı bildirir ki, 18 may 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının Qərargahında  rayon təşkilatı yanında yaradılmış  təbliğat qrupunun üzvləri ilə görüş keçirilmişdir.

“İki sahil” xəbər verir ki,  görüş iştirakçıları  öncə Yeni Azərbaycan Partiyasının və müasir Azərbaycan dövlətinin  qurucusu,  Ümumilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. 

Tədbirdə çıxış edən  YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov ölkəmizdə   44 günlük müharibədən sonra  partiyamızın sədri, Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi  daxili və xarici siyasətin verdiyi müsbət dəyişikliklərdən, onun qəbul etdiyi  Fərman və Sərəncamlardan  çıxış və nitqlərindən irəli gələn müddəa və vəzifələrin  təbliği istiqamətində görülən və görüləcək işlərdən  danışaraq, rayon təşkilatı yanında fəaliyyət göstərən təbliğat qrupunun hər bir üzvünün  siyasi fəallığının daha da artırılmasının vacibliyini vurğulayaraq öz tövsiyyə və tapşırıqlarını verdi.

Tədbirdə çıxış edən  təbliğat qrupunun üzvlərindən  Gülarə Əkbərova, Hafiz Ələkbərov, Fəridə Süleymanova, İntiqam Nuruyev, Elçin Cəfərov, Orxan Mustafazadə, Rəvan Həsənov, Sevda Əliyeva və Rəşad Qarayev həm partiya fəalı, həm də  Təbliğat qrupunun üzvləri kimi  partiyamızın yürütdüyü siyasətin  daha geniş şəkildə  əhali arasında  izahı və təbliğinin  aparılması üçün  öhdələrinə  düşən vəzifənin məsuliyyətini dərindən dərk etdiklərini , ölkəmizdə və beynəlxalq aləmdə baş verən qlobal dəyişikliklərin  mahiyyəti  barədə maariflənmə işlərini daha yüksək səviyyəyə  qaldırılmasının  günün tələbi olduğunu   qeyd etdilər. Vurğulandı ki, son dövlərdə Möhtərəm

Prezident cənab İlham Əliyevin istər xarici ölkələrə , istərsə də ölkə daxili səfərləri zamanı səsləndirdiyi  fikirləri  və dünyaya verdiyi  mesajları  hər bir Azərbaycan vətəndaşı tərəfindən birmənalı şəkildə qəbul olunaraq müdafiə edilir.