19 may 2022 14:00
1021

Gəncə avtomobil zavodu ilə Belarus avtomobil zavodları arasında memorandum imzalanıb

Belarusun Baş naziri Roman Qolovçenko Gəncəyə səfəri çərçivəsində Gəncə Avtomobil Zavodunda olub.

“İki sahil” xəbər verir ki, Belarus nümayəndə heyəti zavodla tanış olub.

Daha sonra Gəncə Avtomobil Zavodu ilə Belarusun avtomobil zavodları arasında əməkdaşlıq memorandumu imzalanıb.