21 may 2022 08:53
796

Azərbaycandan Moldovaya 6,8 milyon dollar həcmində məhsul ixrac olunub

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 8,4 milyon dollar olub

Bu ilin yanvar-aprel aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 8,4 milyon dollar olub.

"İki sahil" xəbər verir ki, dörd ayda Azərbaycandan Moldovaya 6,8 milyon dollar həcmində məhsul ixrac olunub. Moldovadan ölkəmizə isə 1,6 milyon dollar dəyərində məhsul idxal edilib.