"Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasından 14 il keçir".
"İki sahil" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə yazıb.
Nazir qeyd edib ki, güclü dostluğa əsaslanan əlaqələrimiz iqtisadi əməkdaşlığımızı gücləndirməklə daha da zənginləşir.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 % artaraq 18,081 milyon ABŞ dollarına çatıb. Bunun 6,466 milyon ABŞ dolları ixracın,11,615 milyon ABŞ dolları isə idxalın payına düşüb. Bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3% və 2,2 dəfə çoxdur.
BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 milyard ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 milyon ABŞ dollarından çox sərmayə yatırılıb. Azərbaycanda sənaye,energetika, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və sair sahələrdə BƏƏ şirkətləri fəaliyyət göstərir.
Hazırda Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin ölkənin enerji sektorunda daha geniş və hərtərəfli iştirakı ilə bağlı fəal müzakirələr aparır.