23 may 2022 18:32
860

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında investisiya imkanları müzakirə olunub

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid Al-Falih ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  nazir bu barədə “Twitter“ hesabında yazıb.

O bildirib ki, görüşdə ölkələr arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri, Azərbaycanda Səudiyyə Ərəbistanı şirkətlərinin fəaliyyəti, investisiya və biznes sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.