24 may 2022 10:21
657

Əmtəə bazarlarında qızıl və gümüşün bahalaşması davam edir

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,35% artaraq, 1 860,3 ABŞ dollarına bərabər olub.

Bu barədə "İki sahil" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,03% artaraq, 21,73 dollar təşkil edib.