24 may 2022 12:31
679

Azərbaycanın bank sektoru ilk 4 ayı mənfəətlə başa vurub

Azərbaycanın bank sektoru 2022-ci ilin yanvar-aprel aylarını 248,1 milyon manat xalis mənfəətlə başa vurub.

"İki sahil" Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 53,4 milyon manat və ya 27,4% artıb.

Azərbaycanın bank sektoru 2021-ci ilin ilk 4 ayını 194,7 milyon manat xalis mənfəət ilə bağlamışdı.

Bankların 2021-ci ilin 4 ayında faiz gəlirləri 662,6 milyon manat ikən, 2022-ci ilin ilk 4 ayında 815,3 milyon manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 236,3 milyon manatdan 327,3 milyon manata yüksəlib.