24 may 2022 15:46
935

“Air Arabia” Abu-Dabidən Bakıya reyslər həyata keçirəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Air Arabia” şirkəti iyunun 28-dən Abu Dabidən Bakıya reyslər həyata keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, aviareyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Təyyarə yerli vaxtla saat 14:30-da Abu-Dabidən qalxacaq və saat 17:30-da Bakıya enəcək. Əks istiqamətdə reys isə həmin gün saat 18:35-dən 21:35-ə qədər baş tutacaq.