24 may 2022 18:05
785

Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Davos Dünya İqtisadi Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti xanım Odil Reno-Basso ilə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə nazir məlumat verib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan-EBRD əlaqələri, Bankın dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr və əməkdaşlığıın perspektivləri müzakirə olunub.