"Azərbaycanda qiymətləndirici hazırlayan heç bir universitet yoxdur".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüşdə deyib.
O bildirib ki, hazırda bu sahədə mindən çox qiymətləndirici fəaliyyət göstərir, amma yeni kadrların hazırlanmasına ehtiyac var: "Azərbaycan Qiymətləndiriclər Cəmiyyəti özü bu sahədə sertifikatlaşmanı həyata keçirir, amma bu peşənin ikinci hazırlıq mərhələsidir. Hesab edirəm ki, bu problem də nəzərə alınmalıdır".