25 may 2022 14:07
620

Ərzaq təhlükəsizliyimizin möhkəmləndilməsi istiqamətində dövlət başçısının tapşırığı var

“Ərzaqların qiymətinin qalxması problemdir. Bu, təkcə Azərbaycan üçün problem deyil”.

“İki sahil” xəbər verir ki,  bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, inkişaf etmiş ölkələr də bundan narahatdırlar:

“Bu, çox böyük məsələdir. Ərzaq təhlükəsizliyimizin möhkəmləndilməsi istiqamətində dövlət başçısının tapşırığı var. Hökumət bunun üzərində işləyir”.