06 iyun 2022 11:17
670

400 tələbə təhsil krediti ala bilməyib

Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin bu günə olan statistikası açıqlanıb.

Təhsil Tələbə Kredit Fondundan “İki sahil”ə verilən məlumata görə, bu günə qədər 4 min 919 tələbə kredit üçün müraciət edib.

Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib.

Ümumilikdə isə 3 min 243 tələbəyə kredit verilib. Onlardan 1 min 129-ü sosial, 2 min 114-ü isə standart kredit olub.