“SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi olaraq biz yerlərdə abonentlərlə mütəmadi görüşlər keçiririk. Sahibkarlar da diqqətdən kənarda qalmır. İndiyədək təşkil olunan 80 görüşün məhz 36-da onların qaz təchizatına dair problemləri dinlənilib. Bu gün də sizdən xahiş edirəm ki, qaz təsərrüfatı ilə bağlı üzləşdiyiniz çətinlikləri rahat şəkildə bildirin”.
“İki sahil” xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov Ağsuda vətəndaşlarla keçirilən görüş zamanı bildirib.
“Açıq mikrofon” aksiyası çərçivəsində keçirilən görüşdə 20 nəfər sakinin problem və təklifi dinlənilib.
Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, küçə qaz xəttinin çəkilişi, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi ilə bağlı olub.
Baş direktorun müavini daxil olan bəzi müraciətlərin icrası ilə bağlı yerindəcə tapşırıq verib.
CAREC və ADB Transxəzər marşrutunda Azərbaycan logistikasının rəqəmsal transformasiyası üçün tövsiyələr hazırlayıb
Eldar Əzizov: Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb
Eldar Əzizov: Bakı və Daşkənd arasında əməkdaşlıq şəhərlər səviyyəsində fəal inkişaf edir
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq