07 iyun 2022 11:53
760

Qazaxıstan buğda və un ixracına kvotanın müddətini uzatmağı planlaşdırır

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi buğda və un ixracına kvotanı 2022-ci il sentyabrın 1-dək artırmaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bunu ölkənin kənd təsərrüfatı naziri Yerbol Karaşukayev deyib.

Onun sözlərinə görə, hazırda mövcud olan bir milyon ton buğda və 300 min ton un kvotasının müddəti iyunun 15-də bitir.

"İxrac kvotasının sentyabrın 1-dək uzadılması nəzərdə tutulur. Kvotanın 40 faizi buğdanın, 70 faizi unun payına düşəcək" - nazir deyib.