07 iyun 2022 18:25
967

Dünya Bankı Azərbaycanda ÜDM artımı ilə bağlı proqnozlarını sabit saxlayıb

Dünya Bankı (WB) bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını dəyişməyərək sabit saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə WB-ın “Qlobal İqtisadi Perspektivlər” hesabatının iyun sayında bildirilib.

Dünya Bankı Azərbaycanın bu il və gələn il iqtisadi artımı ilə bağlı proqnozunu aprel ayı lə müqayisədə dəyişməyərək müvafiq olaraq 2,7 % və 2,2 % səviyyəsində saxlayıb.

Dünya Bankı 2024-cü ildə isə Azərbaycanda ÜDM-nin 2,3 % artacağını gözləyir.