08 iyun 2022 13:23
928

Azərbaycan və Çexiya enerji sahəsində işçi qrupun yaradılmasını müzakirə edib - FOTO

Energetika naziri Pərviz Şahbazov Çexiyanın Azərbaycandakı səfiri Milan Ekerti səlahiyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

"İki sahil" bu barədə Energetika Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, o cümlədən Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişdən irəli gələn, həmçinin birgə İşçi Qrupun yaradılması və onun ilk iclasının keçirilməsi kimi məsələlər müzakirə edilib.

Nazir Azərbaycanda səlahiyyət müddəti başa çatan səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb, səfir isə bundan sonra da iki ölkə arasında enerji əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib.