08 iyun 2022 17:41
884

Azərbaycan EBRD-lə yeni layihələr icra edəcək - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone ilə görüşüb.

“İki sahil” xəbər verir ki, nazir bu barədə “Twitter“ hesabında yazıb.

O qeyd edib ki, görüşdə Bankla əməkdaşlığın genişləndirilməsi perspektivləri və nəzərdə tutulan yeni layihələr barədə fikir mübadiləsi aparılıb.