Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Memorandum imzalanıb.
“İki sahil” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə “Twitter“ hesabında yazıb.
“Bu gün Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone ilə imzaladığımız Memorandum əməkdaşlığımızın genişləndirilməsinə və ölkəmizdə özəl sektorun inkişafını dəstəkləməklə, 2030-cu ilədək sosial-iqtisadi inkişaf hədəflərinə nail olmağa töhfə verəcək”, - paylaşımda qeyd olunub.