Bu ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 156 781,9 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6,9% çoxdur.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, 2021-ci ilin birinci rübündə sözügedən göstərici 146 727,8 min manat olub.
Hesabat dövründə, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 147 119,1 min manat, sərnişin daşınmasından isə 9 662,8 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 5,8% çox və 26,8% çoxdur.
Qeyd edək ki, cari ilin birinci rübündə TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 10 858,3 min ton, sərnişin daşımaları isə 23 411,6 min nəfər olub. Qeyd olunan göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6,7% artıb və 28,6% çoxdur.
Xatırladaq ki, ötən il TRACECA-nın Azərbaycan hissəsində yük və sərnişin daşınmasından 573 797,6 min manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 0,9% azdır. 2021-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasından 539 843,5 min manat, sərnişin daşınmasından isə 33 954,1 min manat gəlir əldə edilib, bu da illik müqayisədə müvafiq olaraq 45,2% çox və 48,4% azdır.
“Cənub Qaz Dəhlizi”nin hasilat seqmentinin EBITDA göstəricisi 2027-ci ildən azalmağa başlayacaq - "Fitch"
“Cənub Qaz Dəhlizi” 2029-cu ilədək müsbət xalis pul mövqeyini qoruyacaq – “Fitch”
“Fitch” 2026–2029-cu illərdə "Cənub Qaz Dəhlizi"nin müsbət sərbəst pul axınına malik olacağını gözləyir