09 iyun 2022 13:24
902

Banklar valyuta hərracında 33,4 milyon dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"İki sahil"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 33,4 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (7 iyun 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 83,5% artıb.