"Azəriqaz" İstehsalat Birliyi bu ilin yanvar-may aylarında Azərbaycanda 244,5 km uzunluğunda yeni qaz xətləri çəkib.
“İki sahil” xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Rəşad Cavadov qeyd edib ki, hesabat dövründə çəkilən qaz xətlərinin 31,1km-i Bakı və Abşeronun, 212,4 km isə regionların payına düşüb.
Baş direktorun müavini onu da qeyd edib ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Hazırda qeyd olunan qazlaşdırma obyektlərinin müvafiq olaraq 37 (bir kəndə qaz verilib) və 50-də (1 yeni yaşayış massivinə artıq qaz verilib) işlər aparılır.
İyunun 1-nə ölkə üzrə qazlaşma səviyyəsi 96,3% təşkil edib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb