Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 036,4 mln. manat xərclənib.
"İki sahil"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 7,1% və ya 69,2 mln. manat çoxdur.
Bu ilin may satışlarının dəyəri isə aprel göstəricisi ilə müqayisədə 26,2 mln. manat və ya 10,7% azalaraq 218,7 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,8%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,6 faiz bəndi azdır.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb