2021-ci ilin sonuna kimi, təsisçilərin qərarı ilə ümumilikdə Dövlət Neft Fonduna 77,4 mln. ABŞ dolları vəsait geri qaytarılıb.
“İki sahil” xəbər verir ki, bu “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi”ndə əksini tapıb.
Rəydə qeyd edilib ki, bunun da 11,2 milyon ABŞ dolları “Azerbaijan Rigs” MMC-nin mənfəətindən divident şəklində, 66,2 milyon ABŞ dolları isə nizamnamə kapitalının azaldılması yolu isə daxil olub.
2018-ci ilə qədər “Azerbaijan Rigs” MMC-nin nizamnamə kapitalına təsisçiləri ARDNF (90% iştirak payı, 904,2 milyon ABŞ dolları) və SOCAR (10% iştirak payı, 100,5 milyon ABŞ dolları) tərəfindən ümumilikdə 1 004,7 milyon ABŞ dolları (1 075,0 milyon AZN, ödəniş tarixində olan məzənnədən istifadə edərək) məbləğində yatırım olunub.
Layihənin maksimum büdcə limiti 1 116,7 milyon ABŞ dolları olub. Podratçılara edilən ödənişlər ARDNF və SOCAR tərəfindən olunan dövri kapital ödənişləri əsasında həyata keçirilib. Layihə üzrə podratçı funksiyalarının yerinə yetirilməsi layihənin sifarişçisi ilə 24 iyun 2013-cü il tarixində bağlanmış Baş Podrat müqaviləsinə əsasən Azərbaycan Respublikasının hüquqi şəxsi olan, SOCAR-ın təsisçiliyi ilə yaradılan və Xəzər dənizində mövcud üzən qazma qurğularına sahiblik edən Kaspian Drilinq Kompani MMC-yə həvalə edilib.
“Heydər Əliyev” Yarımdalma Qazma Qurğusunun açılış mərasimi Azərbaycan Respublikasının Prezidentinin iştirakı ilə 18 may 2017-ci il tarixində baş tutub. 2018-ci il ərzində “Azerbaijan Rigs”, Qurğunun ona təhvil verildiyi 26 dekabr 2018-ci il tarixinə qədər Qurğunun əməliyyatlara hazırlığı üçün lazım olan inventarının yığılmasına davam edib. Hesabat dövrünün sonuna kimi ARDNF-yə 77,4 milyon ABŞ dolları məbləğində vəsait geri qaytarılmışdır (11,2 milyon ABŞ dolları məbləğində divident və 66,2 milyon ABŞ dolları məbləğində nizamnamə kapitalının azaldılması).
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb