Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9 217,4 mln. manatlıq ərzaq məhsulları, o cümlədən 908,9 mln. manatlıq içkilər və tütün məmulatları satılıb.
"İki sahil"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2021-ci ilin eyni göstəricisinə nisbətdə, əhali tərəfindən təkcə ərzaq məhsullarına 1 679,8 mln. manat və ya 22,3% çox vəsait xərclənib. İçki və tütün məmulatları üzrə isə əhaliyə illik ifadədə 65,3 mln. manat və ya 7,7% çox məhsul satılıb.
Bu ilin may satışlarının dəyəri isə aprel göstəricisi ilə müqayisədə ərzaq məhsulları üzrə 478,6 mln. manat və ya 30,6% artaraq 2 043,6 mln. manat, içki və tütün məmulatlarının satışları isə 36 mln. manat və ya 21,1% azalaraq 134.7 manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 52,1%-i ərzaq məhsullarının (2,6 faiz bəndi artım) alınmasına, 5,1%-i isə içki və tütün məmulatların alınmasına (azalma - 0,4 faiz bəndi) sərf olunub.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb