10 iyun 2022 14:27
649

Mərkəzi Bank yeni xatirə pul nişanlarını tədavülə buraxır

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına həsr olunmuş qızıl və gümüş xatirə pul nişanlarının tədavülə buraxılmasını elan edib.

Bankdan “İki sahil”ə verilən məlumata görə, müvafiq monetaların satışı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) rəsmi tərəfdaşı olan “MDM Münzhandelsgesellschaft MBH&CO KG Deutsche Münze” şirkəti tərəfindən həyata keçiriləcək.