Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 01 iyun 2022-ci il tarixinədək 591,6 mln. tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən “İki sahil"ə verilən məlumata görə, “Azəri-Çıraq-Günəşli”dən 555,3 mln. ton neft, “Şahdəniz”dən isə 36,3 mln. ton kondensat çıxarılıb.
""Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci ilin 01 iyun tarixinədək 591 mln. ton neft ixraca nəql edilib", - məlumatda qeyd olunub.
Məlumata görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 13,9 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 8,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 mln. tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 mln. ton təşkil edib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb