Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku istismara veriləndən 01 iyun 2022- ci il tarixinədək 195,9 mlrd. kubmetrə yaxın qaz hasil edilib.
Energetika Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən 01 iyun 2022- ci il tarixinədək 168 mlrd. kubmetrdən çox qaz hasil olunub.
“Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 116 mlrd. kubmetrdən çox həcmi ixraca nəql edilib”, - məlumatda qeyd olunub.
Məlumata görə, cari ilin 5 ayı ərzində ölkədə 19,6 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 5,8 mlrd. kubmetri AÇG-dən, 10,6 mlrd. kubmetri “Şahdəniz”dən, 3,2 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 15,3%, yəni 2,6 mlrd. kubmetr artımla qaz hasil edilib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb