May ayında ABŞ-da inflyasiya illik müqayisədə 8,6 faizə yüksələrək bazar gözləntilərini üstələyib.
"İki sahil” CNN TÜRK-ə istinadən xəbər verir ki, bazar gözləntisi may ayında ABŞ-da inflyasiyanın 8,3 faiz olacağı yönündə idi. Belə ki, aprel ayında ABŞ-da inflyasiya yüzdə 8,3 faiz olduğu halda mart ayı inflyasiyası 40 ilin zirvəsinə yüksələrək 8,5 faizə çatıb.
ABŞ-ın inflyasiya məlumatları ABŞ Federal Ehtiyat Sisteminin (FED) sərtləşdirmə siyasətinin sürətində müəyyənedici amil ola biləcəyi üçün kritik əhəmiyyət kəsb edir. “FED”-in pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclası 14-15 iyun tarixlərində baş tutacaq. Bazar bu görüşdən 50 bəndlik faiz artımı gözləyir.
Görüşdən sonra veriləcək mesajlar və FED sədri Jerome Powellin açıqlamaları diqqətlə izlənəcək.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb