11 iyun 2022 11:07
880

AYİB ilə KOBİA arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) ölkə nümayəndəliyinin rəhbəri Kamola Mahmudova ilə görüşüb.

KOBİA-dan "İki sahil"ə verilən məlumata görə, görüşdə agentlik və AYİB arasında texniki yardım layihəsi çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub və bu əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.

Görüşdə rəqəmsal və “yaşıl” iqtisadiyyat, dövlət-özəl sektor tərəfdaşlığı sahələrində təşəbbüslərin dəstəklənməsi, KOB-ların maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi, AYİB-in müxtəlif proqram və layihələrində iştirak məsələlərinə dair fikir mübadiləsi aparılıb.