11 iyun 2022 18:26
895

Naxçıvanda elektromobillər istehsal ediləcək

Muxtar respublikamızın ən iri istehsal müəssisələrindən olan Naxçıvan Avtomobil Zavodu fəaliyyətini uğurla davam etdirir. Zavodda hazırda yeni “FAW T-33” və “T-77” modellərinin yığımı həyata keçirilir.

“İki sahil” xəbər verir ki, çox yaxında avtomobil həvəskarlarını daha bir maraqlı yenilik gözləyir. Naxçıvan Avtomobil Zavodunda elektromobillərin yığılması nəzərdə tutulub. Bunun üçün artıq ilk nümunələr də zavoda gətirilib.