Mayda ABŞ-da inslyasiya 0,3% artaraq 8,6%-ə yüksəlib ki, bu da 1981-ci ildən sonra ən yüksək göstəricidir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın Əmək Departamenti məlumat yayıb. Qurumun hesabatında göstərilir ki, bahalaşma bütün sektorları əhatə edib. ən ciddi bahalaşma yanacaq, ərzaq və mənzil qiymətlərində qeydə alınıb. İl ərzində enerji daşıyıcılarının qiyməti 34,6% bahalaşaraq 2005-ci ildən sonra ən yüksək həddə çatıb.
Ekspertlər bahalaşmanı başlıca olaraq Ukrayna münaqişəsi ilə izah edirlər.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb