Pakistanda elektrik təchizatının pisləşməsi tekstil sektoruna ciddi zərbə vurur.
"İki sahil"in “Le Matin” saytına istinadla xəbərinə görə, fabrik sahibləri elektrik təchizatında yaranan fasilələrdən narahatdır. Onlar bildirirlər ki, bu cür davam edərsə sektorda ixracat 20% azala bilər.
Qeyd edək ki, Pakistanın ixracatında tekstil 60%-lik paya sahibdir və ixrac həcmi milyard dollarlarla ölçülür. Ölkənin əsas bazarı Avropa İttifaqı və ABŞ-dır.
Son gündə qeydə alınan anomal istilər enerjiyə tələbatı 20% artırırb. Stansiyalar işin öhdəsindən glə bilmədiyi üçün məcburi açılmalara yol verilir. Bu da istehsal prosesinə zərbə vurur.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb