"Microsoft" səhvən bütün "Windows" əməliyyat sistemi altında çalışan kompüterlər üçün yeniləmə buraxıb.
“İki sahil” xəbər verir ki, "Microsoft"-un rəsmi informasiya kanallarından biri olan "Windows Insider" istifadəçilərin texniki məhdudiyyətlərə baxmayaraq, "Windows 11"-in hazırkı beta versiyasının bir çox köhnə kompüterlərdə əlçatan olması ilə bağlı şərhinə cavab verib.
Şirkətin mühəndisləri yeniləmənin planlaşdırılmadığını və bunun səhvən baş verdiyini bildiriblər.
"Bu səhvdi, hazırda komandamız səhvi aradan qaldırmaq üzərində çalışır", - dəstək qrupunun mütəxəssisi qeyd edib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb