Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaud Heygi arasında növbəti görüş keçirilib.
Agentlikdən "İki sahil"ə verilən məlumata görə, onlayn formatda təşkil olunmuş görüşdə palatanın fəaliyyətinin genişləndirilməsi, palataya hər iki ölkədən şirkətlərin cəlb olunması, eləcə də iş adamlarının iştirakı ilə birgə tədbirin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İsveçrədəki Səfirliyinin nümayəndəsi və “İSR Holding”in baş direktoru Rauf Xəlilov da iştirak ediblər.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb