13 iyun 2022 17:17
719

Nəzarət-kassa aparatları vasitəsilə dövriyyə 51,1% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 8,4 mlrd. manat təşkil edib. Dövlət Vergi

Xidmətindən “İki sahil”ə verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 51,1% çoxdur.

İndiyədək ölkə ərazisində 62 747 ədəd NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.