13 iyun 2022 17:21
1050

Yevlaxda Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışı keçirilib -

15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Yevlax şəhərində silsilə tədbirlər keçirilir.

“İki sahil” xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Şəhər Gənclər və İdman İdarəsinin, Yevlax “Gənclər Evi” – sosial xidmət müəssisəsinin, Gəncləin Karyera və İnkişaf Mərkəzinin Yevlax nümayəndəliyinin birgə təşkilatçılığı ilə İyunun 13-də Milli Qurtuluş Gününə həsr olunmuş velosiped yarışı keçirilib.

Yarış öncəsi çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev 15 iyun Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli bir tarixdən ətarflı söz açdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə inkişaf tempinə görə ölkəmizin dünyada layiqli yer tutduğundan, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində misilsiz qələbəsindən danışan Rafiq Əliyev yarış iştirakçılarına uğurlar arzuladı.           

Sonra yarışa start verildi.

 14-29 yaş arasında 32 nəfər yeniyetmə və gəncin iştirak etdiyi velosiped yarışının qalibi Təbriz Yusifliyə təşkilatçıların təsis etdiyi kubok və mükafatı təqdim edən Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova yarışa qoşulmuş iştirakçıları Milli Qurtuluş Günü münasibətilə təbrik etdi, onların Ulu öndər irsinə sadiq böyümələrini və çalışmalarını arzuladı.