Azərbaycanda startapların inkişafı üçün xüsusi zonanın yaradılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu nazir Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu layihənin Azərbaycan reallığına və qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.
"Artıq bununla bağlı sənəd hazırlanıb və hökumətdə müzakirədədir. Hesab edirik ki, sənəd bu ilin sonunadək qəbul ediləcək",- deyə nazir qeyd edib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb