"Azərbaycanda aviasiya haqqında" Qanun layihəsinin işlənilməsi tamamlanıb və burada hətta dronların qeydiyyatı ilə bağlı qaydalar var".
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, "Aviasiya haqqında" Qanun qəbul edilən kimi, dronların qeydiyyatı elektronlaşdırılacaq.
"Dronların qeydiyyatı ilə bağlı qaydalar var. Burada dronların elektron şəkildə qeydiyyatından söhbət gedir. Burada kifayət qədər mütərəqqi yanaşma mövcuddur", - nazir qeyd edib.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb