Avropanın yeraltı anbarlara qaz vurulması işləri rekord həddə yaxınlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.
Belə ki, bazar gününün nəticələrinə görə, onların orta doluluq səviyyəsi 52,1%-ə çatıb, qazın gündəlik vurulma tempi isə 0,54 faiz bəndi təşkil edib (maksimum göstəricilər mayda əldə olunub və 0,58 faiz bəndi təşkil edib).
Avropa İttifaqı (Aİ) ölkələrində yeraltı qaz anbarlarının doluluq səviyyəsi 52,1%-ə çatdırılıb.
Məlumata görə, hazırda Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 55,4 mlrd. kubmetr təşkil edir.
Ekspertlərin fikrincə, Avropada anbarlara qaz vurulmasının sürətlənməsi “mavi yanacağın” istehlakının azalması və ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) alışının artması ilə bağlı ola bilər.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb