"Bakı Metropoliteni" Formula 1 yarışının keçirildiyi günlərdə daşıdığı sərnişinlərin sayını açıqlayıb.
Metropolitendən "İki sahil"ə verilən məlumatda bildirilir ki, ötən həftənin daha əvvəlki dövrlə müqayisəsinə əsasən, orta statistik hesabla, iş günləri ərzində 50-55 min, istirahət günlərində isə 20-25 min sərnişin artımı müşahidə olunub.
"Metropoliten iyunun 10-12-də paytaxtımızda təşkil edilmiş Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar gücləndirilmiş iş rejiminə müvafiq dəyişikliklər edib. Bununla əlaqədar əlavə işçi qüvvəsi ayrılmaqla stansiyalarda növbətçilik təşkil edilib. Sərnişin axınının əsas istiqamətləri nəzərə alınmaqla, ehtiyat qatarların xətlərə buraxılması diqqətdə saxlanılıb. Həftə ərzində sərnişinlərin metropolitendən istifadəsində artım qeydə alınıb", - məlumatda bildirilir.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb